Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dəhşətli faciə yaxınlaşır! - Türkiyə zəlzələsini öncədən xəbər verən alimdən daha bir proqnoz

Bir müddət əvvəl Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələləri proqnozlaşdıran niderlandlı seysmoloq Frank Huqerbits mart ayında Yer kürəsində yeni meqa zəlzələnin olacağını bildirib.

Alimin çalışdığı Günəş Sisteminin Həndəsi Tədqiqatı (SSGEOS) elmi institutunun hesabatında deyilir ki, martın 2 və 5-də planetlərin yaxınlaşması çox böyük seysmik aktivliyə səbəb ola bilər. İnstitutdan qeyd edirlər ki, 2023-cü il martın 3-dən martın 7-dək silsilə zəlzələlər gözlənilir.

Yeraltı təkanların maqnitudası 8,5 bal və daha yüksək ola bilər.

İnstitut həmçinin qırmızı zona adlandırılan bölgələrə də ad verib: bunlar Yaponiyanın cənubu, İndoneziya, Pakistan, Yunanıstan, Portuqaliya və Şimali Amerikanın bir hissəsidir.

Frank Hugerbits hesab edir ki, dağıdıcı zəlzələ Kuril adalarında da baş verə bilər.

Qeyd edək ki, Hugerbits Türkiyədə baş verən zəlzələləri öncədən proqnozlaşdırmışdı. O, təbii fəlakətdən cəmi üç gün əvvəl bölgədə 7-8 bal gücündə zəlzələ olacağını bildirmişdi.