Logo
news content
User
Kateqoriyalar

Xəbər

Daha iki "hərbi komissarlığın" əməkdaşlarının cinayət əməlləri aşkarlanıb

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad və Laçın rayon şöbələrinin müfəttişləri Ramil Həsənov və Rəşad Rəşidlinin fəaliyyətində qanunsuz pozuntular aşkar edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir ki, onlar çağırış və hərbi-həkim komissiyalarının vəzifəli şəxslərinin qərarlarına təsir imkanlarından istifadə edərək vətəndaşların hərbi xidmətə yararsız hesab edilməsinə nail olmaq üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitləri almaqda şübhəli biliniblər.

Faktlarla bağlı cinayət işləri açılıb- Ramil Həsənov və Rəşad Rəşidli AZərbaycan Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər,  məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Bundan öncə sözügedən xidmətin Xaçmaz rayon şöbəsinin rəhbəri Rahim Ağayev də oxşar ittihamla həbs edilib.