Logo
news content
User
Kateqoriyalar

Xəbər

Daha bir güneyli fəal sürgünə göndərildi - FOTO

İranda Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldığına görə həbs və sürgün cəzasına məhkum edilən azərbaycanlı fəal Behnam Şeyxi Xuzistan əyalətinə sürgünə göndərilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, həbs dövrü bitdikdən sonra ikiillik sürgün cəzasını çəkmək üçün Məscid-Süleyman şəhərinə göndərilib.

Qeyd edək ki, 2020-ci ilin yanvarında Tehran Apellyasiya Məhkəməsi Behnam Şeyxi və daha üç azərbaycanlı mədəni fəalı 2013-cü ildə Baharıstanda keçirilən Ümumdünya Ana Dili Günü mərasimində iştirak etdikləri üçün ümumilikdə 8 il həbs və 8 il sürgün cəzasına məhkum ediliblər.

Behnam Şeyxi, həbs cəzasını çəkmək üçün İran təhlükəsizlik qüvvələri tərəfindən 22 iyul 2020-ci il tarixdə həbs edilib. O, həbsdə olduğu müddətdə iki dəfə aclıq aksiyası keçirib.

Xatırladaq ki, bir neçə gün öncə güneyli fəal Əkbər Azad da sürgünə göndərilib.