Logo
news content
User
Kateqoriyalar

Xəbər

Daha bir fəlakət anonsu: Antarktidada rekord miqdarda buz əriyib

Antarktidanın buz təbəqəsi 1,79 milyon kvadrat kilometrə qədər kiçilib. Bu, 1979-cu ildən bəri ən aşağı göstəricidir.


Pressklub.az xəbər verir ki, bu barədə The Guardian yazıb. Nəşr bildirir ki, buzlar rekord sürətlə əriməyə davam edir və qlobal iqlim dəyişikliyini təhlükəsi yaradır.


Fevralın 25-nə qədər ərimiş buzun həcmi iki həftə ərzində 136 min kvadratkilometr artıb ki, bu da müqayisə üçün, Tasmaniyanın ərazisindən iki dəfə çoxdur. Tasmaniya Universitetinin Antarktida dəniz buzları üzrə mütəxəssisi Uill Hobbs izah edib ki, buzun əriməsinin səbəbi günəş işığı deyil, onun qızdırdığı açıq dəniz suyudur.


Buz rekord sürətlə əriməyə davam edir və dünyanı dəniz səviyyəsinin kəskin yüksəlməsi və qlobal iqlim dəyişikliyi ilə təhdid edir. Alimləri narahat edən əsas məsələlərdən biri Amundsen dənizindəki “Qiyamət buzlağı” kimi tanınan Tueyts buzlağının taleyidir. Bu kütlə ərisə, dəniz səviyyəsini yarım metr qaldıracaq qədər su yaranacaq.