Conson və Trampın Ukrayna müzakirəsi
27 May 2023
Böyük Britaniyanın sabiq baş naziri Boris Conson və ABŞ-nin keçmiş prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsini müzakirə etmək üçün görüşüblər.
Pressklub.az xəbər verir ki, bu barədə britaniyalı siyasətçinin nümayəndəsinə istinadən “Sky News” məlumat yayıb.
Bildirilib ki, tərəflərin harada görüşdüyü bəlli olmasa da, danışıqlar Texas və Las-Veqasda dayanan Consonun ABŞ turnesinin fasiləsi zamanı baş tutub.
Qeyd edək ki, Boris Conson 2019-cu ilin iyulundan 2022-ci ilin sentyabrına qədər Böyük Britaniyanın Baş naziri vəzifəsində çalışıb və hökumət başçısı kimi Rusiyanın Ukraynaya hərbi təcavüzünün ilk aylarının şahidi olub. O, Ukraynaya silah və maliyyə yardımı verilməsini, onun hərbçilərinin təliminin fəal şəkildə yanlısı olub. O bir neçə dəfə Kiyevə səfər edib və burada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Donald Tramp isə 2017-2021-ci illərdə ABŞ Prezidenti olub. Lakin 2020-ci ildəki seçkilərdə o demokratlardan olan rəqibi Cozef Baydenə uduzub. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan sonra Tramp bildirib ki, Ukraynada müharibə onun dövründə olmayacaqdı, baş verənləri Baydenin “zəifliyi və səriştəsizliyi” ilə əlaqələndirib və rəsmi Vaşinqtonu Rusiya Prezidenti Vladimir Putinlə ünsiyyət qura bilməməkdə suçlayıb.
Eyni zamanda, Tramp ötən ilin payızında ABŞ-də 2024-cü il prezident seçkilərində iştirak etmək planlarını açıqlayıb. Qələbə qazanacağı təqdirdə o, Ukraynadakı münaqişəni “andiçmədən öncə” həll edəcəyinə söz verib. O, Moskva ilə Kiyev arasında sülh danışıqlarının aparılmasının zəruriliyini bir neçə dəfə vurğulayıb. Böyük Britaniyanın keçmiş baş naziri isə əksinə, Rusiya ilə dialoq perspektivinə skeptik yanaşması ilə fərqlənir.