Çində ayaqqabı fabrikində yanğın baş verib, 28 nəfər ölüb
10 İyul 2026
Çinin şərqindəki Fucyan əyalətinin Szinzyan şəhərində ayaqqabı fabrikində yanğın baş verib.
"Sinxua"nın xəbərinə görə, yanğında 28 nəfər ölüb.
Yanğının söndürülməsi işləri davam edir. Hadisə yerinə çoxsaylı yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.
Xilasedicilər bildiriblər ki, təhlükə səbəbindən hələlik binaya daxil olmaq mümkün olmayıb.
İlkin məlumata əsasən, yanğın fabrikin istehsalat korpusunun birinci mərtəbəsində başlayıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə binadan qalın qara tüstünün qalxdığı, yanğınsöndürənlərin alovla mübarizə apardığı görünür.
Çin lideri Si Cinpin hadisə ilə bağlı təcili tədbirlərin görülməsi barədə göstəriş verib.