“Çin nüvə silahından ilk istifadə edən ölkə olmayacaq”
21 May 2023
“Çin müdafiə strategiyasına malikdir və nüvə silahından ilk istifadə edən ölkə olmayacaq”.
Pressklub.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Çin nüvə arsenalına münasibətdə həmişə müdafiə strategiyasına möhkəm sadiq qalıb. Biz ondan ilk istifadə etməmək strategiyasına ciddi şəkildə əməl edirik”, - deyə məlumatda bildirilir.
Pekinin nüvə silahlarının sayını milli təhlükəsizliyin təmin edilməsi üçün lazım olan minimum səviyyədə saxlamağı planlaşdırdığı, üzərinə götürdüyü öhdəliklərə qətiyyətlə əməl edəcəyi və böhtanlara dözməyəcəyi vurğulanıb.