Çin narahatdır: Ukraynadan sonra NATO buraya gələcək
22 Fevral 2023
“Ukraynada münaqişə başa çatdıqdan sonra NATO Tayvanda silahlı münaqişəyə başlamaq niyyətindədir”. Bu fikri Çinin “Global Times” qəzetinin şərhçiləri ortaya atıblar.
Pressklub.az-ın məlumatına görə, analitiklər hesab edirlər ki, ABŞ başda olmaqla NATO hazırda özlərinin yaratdığı bir böhranla - Rusiya-Ukrayna münaqişəsi ilə məşğuldur. “Bununla belə, Qərb alyansı Tayvanda başqa bir böhran ocağı hazırlayır”, - nəşr Münhen Təhlükəsizlik Konfransının başa çatması ilə bağlı şərhlərində qeyd edib. Şərhçilərin fikrincə, NATO adanın suverenliyi məsələsini nəhayət həll etmək üçün Pekin və Taypey arasında eskalasiyanın yeni raundunda maraqlıdır.