Logo
news content
User
Kateqoriyalar

Xəbər

CGTN: NATO Asiya-Sakit okean regionunda sabitliyi pozmağı planlaşdırır

NATO ABŞ-ın dünya hökmranlığını təmin etmək üçün Asiya-Sakit Okean regionunda sabitliyi pozmağa çalışır.

Bu barədə Çinin CGTN portal məlumat yayıb.

Nəşr qeyd edir ki, NATO özünü müdafiə alyansı kimi göstərsə də eyni zamanda intensiv şəkildə genişlənir və hərbi münaqişələrə yol açır.

“NATO sülh və təhlükəsizlik üçün çağırışlar edir. Lakin eyni zamanda digər ölkələrə böyük miqdarda bombalar atır. İndi o, diqqətini Atlantikdən Asiya-Sakit Okean bölgəsinə yönəldib",-deyə məqalədə deyilir.

Nəşr qeyd edir ki, NATO ABŞ-ın aləti ilə hegemonluğa nail olmaq istəyir. Birləşmiş Ştatlar qüdrətlənən Çini hökmranlığa maneə kimi görür.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, NATO ölkələri artıq Ukraynaya azı 8 milyard dollar yardım edib.