Ceyhun Bayramov: “Yerevan üçtərəfli razılaşmaları pozur”
28 Fevral 2023
Bakı əvvəlki beş prinsip əsasında Yerevanla münasibətləri normallaşdırmağa hazırdır. Eyni zamanda, Yerevan qeyri-konstruktiv mövqe nümayiş etdirir. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransı zamanı bildirib.
"Bugünkü görüş zamanı biz Bakı, Yerevan və Moskva arasında üçtərəfli razılaşmaların reallaşmasını müzakirə etdik. Azərbaycan 5 prinsip əsasında sülh gündəliyinə sadiqdir", - Bayramov deyib.
O, Ermənistanın mövqeyini qeyri-konstruktiv və qeyri-ardıcıl adlandırıb, həmçinin Yerevanı üçtərəfli razılaşmaları pozmaqda ittiham edib və onu öz mövqeyini dəyişməyə çağırıb.
Laçın yolundakı vəziyyətə toxunan Ceyhun Bayramov deyib ki, Ermənistan dünya birliyini çaşdırır, lazımsız ajiotaj yaradır və bu məsələ ilə bağlı dialoqdan imtina edir.