Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çempionlar Liqası: "Mançester Siti" və "İnter"dən ilk qələbə

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

İlk oyun günündə iki qarşılaşma baş tutub.

Gecənin ən maraqla gözlənilən matçı İngiltərədə "Mançester Siti" ilə Almaniya "Bavariya"sı arasında keçirilib. Erkən final adlandırılan oyun "şəhərlilər"in böyük hesablı qələbəsi ilə başa çatıb - 3:0. Meydan sahiblərindən qolları 27-ci dəqiqədə Rodri, 70-ci dəqiqədə Bernardu Silva və 77-ci dəqiqədə Erlinq Holann vurublar.

Digər görüşdə isə İtaliya "İnter"i Portuqaliyada "Benfika"ya 2 cavabsız qolla qalib gəlib. Milan təmsilçisinin heyətində 51-ci dəqiqədə Nikolo Barella və 82-ci dəqiqədə penaltidən Romelu Lukaku fərqlənib.

Komandalar arasında cavab oyunları aprelin 19-da olacaq.

UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
11 aprel


23:00. "Mançester Siti" (İngiltərə) - "Bavariya" (Almaniya) - 3:0
Qollar: 
Rodri, 27. Bernardu Silva, 70. Erlinq Holann, 77
Baş hakim: Xesus Hil Mansano (İspaniya)
Mançester, "Etihad" stadionu.

23:00. "Benfika" (Portuqaliya) - "İnter" (İtaliya) - 0:2
Qollar:
 Nikolo Barella, 51. Romelu Lukaku, 82 (penalti)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Lissabon, "Eştadiu du Benfika" stadionu

Qeyd edək ki, 1/4 finalın digər iki görüşü bu gün keçiriləcək.