Çempionlar Liqası: İspaniya klublarının qələbə gecəsi
07 Aprel 2022
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulub.
Son oyun günündə də 2 qarşılaşma keçirilib.
Gecənin maraqla gözlənilən matçı İngiltərədə turnirin son qalibi "Çelsi" ilə İspaniya "Real Madrid"i arasında baş tutub. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Kral klubu"nun heyətində Kərim Benzema het-trik edib. Meydan sahiblərinin qolunu isə Kay Haverts vurub.
Gecənin digər matçında Almaniya "Bavariya"sı İspaniyada turnirin sürpriz komandası "Vilyarreal"ın qonağı olub. Əvvəlki raundda İtaliya nəhəngi "Yuventus"u mübarizədən kənarlaşdıran La Liqa təmsilçisi növbəti sensasiyaya imza atıb. "Sarı sualtı qayıqlar" Arno Qrüneveldin vurduğu qolla Münhen klubuna qalib gəlib. Bu, Bundesliqa təmsilçisinin cari mövsüm Çempionlar Liqasında ilk məğlubiyyəti olub. Komanda həmçinin, bu mövsümdə ilk dəfə meydanı qol vurmadan tərk edib.
Komandalar arasında cavab oyunları aprelin 12-də olacaq.
UEFA Çempionlar Liqası, 14 final
İlk oyunlar
6 aprel
23:00. "Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 1:3
Qollar: Kay Haverts, 40 - Kərim Benzema, 21; 24; 46
Baş hakim: Kleman Türpen (Fransa)
23:00. "Vilyarreal" (İspaniya) - "Bavariya" (Almaniya) - 1:0
Qol: Arno Qrüneveld, 8
Baş hakim: Entoni Teylor (İngiltərə)
Qeyd edək ki, 1/4 finalın ilk iki oyununda İngiltərə təmsilçilərindən "Mançester Siti" evdə İspaniyanın "Atletiko" (Madrid) klubuna 1:0 hesabı ilə qalib gəlib, "Liverpul" isə Portuqaliyada "Benfika"nı məğlub edib - 3:1.