Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çempionlar Liqası: İlk finalçının adı bilinəcək

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

Turnirin ilk finalçısı İtaliyadakı Milan derbisində bəlli olacaq. Birinci oyunda "İnter"ə 0:2 hesabı ilə uduzan "Milan" məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

"Cüzeppe Meatsa" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü fransalı FIFA referisi Kleman Türpen idarə edəcək.

UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
16 may


23:00. "İnter" (İtaliya) - "Milan" (İtaliya)
Baş hakim: Kleman Türpen (Fransa)
Milan, "Cüzeppe Meatsa" stadionu
İlk oyun - 2:0

Qeyd edək ki, yarımfinalın digər oyununda İspaniya "Real Madrid"i İngiltərədə "Mançester Siti"nin qonağı olacaq.