Çempionlar Liqası: "Atletiko" və "Ayaks" qələbəni əldən verib
24 Fevral 2022
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk görüşlərinə yekun vurulub. Son oyun günündə 2 qarşılaşma keçirilib.
Gecənin maraqla gözlənilən matçı İspaniyada Madrid "Atletiko"su ilə İngiltərənin "Mançester Yunayted" komandası arasında olub. "Vanda Metropolitano" stadionunda oynanılan görüş heç-heçə başa çatıb. Oyunda ilk qolu 7-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Joao Feliks vurub. Qonaqlar 80-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Antoni Elanqa "qırmızı şeytanlar"ı məğlubiyyətdən xilas edib.
Digər matçda isə Niderland "Ayaks"ı Portuqaliyada "Benfika" ilə qarşılaşıb. "Eştadiu du Benfika" stadionundakı görüşdə də qalib müəyyənləşməyib - 2:2. Matçda hesabı 18-ci dəqiqədə qonaqlar açıblar. Duşan Tadiç adını tabloya yazdırıb. 26-cı dəqiqədə meydan sahibləri tarazlığı bərpa ediblər. Sebastyen Allye avtoqol müəllifi olub. Kot d İvuarlı hücumçu 3 dəqiqə sonra ikinci qolu vurub. 28 yaşlı forvard bu dəfə rəqib qapısına yol tapıb. Qarşılaşmada son nöqtəni isə 72-ci dəqiqədə "Benfika"nın ukraynalı hücumçusu Roman Yaremçuk qoyub.
Komandalar arasında cavab qarşılaşmaları martın 15-də keçiriləcək. (Report)
UEFA Çempionlar Liqası, 1/8 final
İlk oyunlar
23 fevral
00:00. "Atletiko" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 1:1
Qollar: Joao Feliks, 7 - Antoni Elanqa, 80
Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)
00:00. "Benfika" (Portuqaliya) - "Ayaks" (Niderland) - 2:2
Qollar: Sebastyen Allye, 26 (avtoqol). Roman Yaremçuk, 72 - Duşan Tadiç, 18. Sebastyen Allye, 29
Baş hakim: Slavko Vinçiç (Sloveniya)