Logo
news content
User
Kateqoriyalar

Xəbər

Cəlilabadda bacısını xilas edən yeniyetmə quduz itin dişləməsi nəticəsində ölüb - TƏFƏRRÜAT/FOTO

Cəlilabad rayonunda quduz itin dişlədiyi yeniyetmənin ölümü ilə bağlı təfərrüat məlum olub.

Hadisə mayın 3-də, Cəlilabad şəhərinin R.Nəsirov küçəsində baş verib.

Belə ki, 11 yaşlı Zülfiyyə Rzayeva mağazadan evə qayıdan bacısının sahibsiz itin hücumuna məruz qaldığını görüb.

Bu zaman o, bacısının köməyinə gəlib. Yeniyetmə bacısını xilas etsə də, özü itin hücumuna məruz qalaraq çoxsaylı bədən xəsarətləri alıb.

Daha sonra Z.Rzayeva Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona burada quduzluq əleyhinə vaksin vurulub və yaraları tikilib.

Lakin vəziyyəti ağırlaşdığı üçün yeniyetmə paytaxt xəstəxanalarından birinə təxliyə edilib.

Z.Rzayeva yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

O, doğulduğu Cəlilabad rayonunun Əsədli kəndində torpağa tapşırılıb. (Report)