Çalış, ölmə! - Borclu vəfat edəndən sonra vərəsələrə qarşı iddia qaldırılacaq
24 May 2023
Borclu öləndən sonra vərəsələrə qarşı iddia qaldırıla bilər.
Bununla bağlı Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu qərar verib.
Məhkəmənin saytında mayın 23-də yayılan məlumata görə, Fərhad Abdullayevin sədrliyi ilə Plenumunun növbəti iclası keçirilib.
İclasda Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Mülki Məcəlləsinin 269.1-ci (Girov və ipoteka hüququ anlayışı), 269.5-ci, 460.1-ci (Öhdəliklərin icrasının təmin edilməsi üsulları) və 1306.1-ci (Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti) maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Məlumata görə, iş üzrə hakim K.Şəfiyevin məruzəsi, Bakı Apellyasiya Məhkəməsi, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsi, Ali Məhkəmənin Mülki Kollegiyası, Vəkillər Kollegiyası, Azərbaycan Banklar Assosiasiyasının mülahizələri və iş materialları araşdırılıb və qərar qəbul edilib:
“Qərarda deyilir ki,… borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.”
Habelə bildirilir ki, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər:
“Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.”
İpoteka və Kredit Zəmanət Fondunun məlumatına görə, Azərbaycanda indiyə kimi 44 526 ipoteka krediti verilib. Verilən məbləğ isə 2,6 milyard manatdan çoxdur. İpoteka kreditləri 4 (güzəştli) və 8 faizlə verilir.
Azərbaycanda İpoteka Fondu 2005-ci ildə yaradılıb.