Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bütün zamanların ən yararsız və ən yaxşı tankları - FOTO

Amerikalı köşə yazarı Brent Eastvood “19fortyfive” portalı üçün yazdığı məqaləsində Yeni Zelandiyanın “Bob Sempl” tankını bütün zamanların yararsız tankı adlandırıb.



O, döyüş maşınını “təkərlər üzərində cəhənnəm” ifadəsi ilə təsir edib.

“O, xəndəklərdən keçərkən aşır. Silahlardan istifadə edərkən vibrasiya edir. Tankdan yalnız stasionar vəziyyətdə atəş açmaq mümkündür”, - deyə köşə yazarı bildirib.

Qeyd edək ki, adıçəkilən tank İkinci Dünya Müharibəsi zamanı Yaponiyanın işğalı təhlükəsi ilə əlaqədar Yeni Zelandiyanın əmək naziri Robert Simpl tərəfindən hazırlanıb. Onun əsasını “Caterpillar D8” traktoru təşkil edib.

Bu tankdan cəmi üç nüsxə hazırlanıb. Onlar medianın və ictimaiyyətin kəskin tənqidinə və istehzasına məruz qalıb.

Bütün zamanların ən yaxşı tankı isə “M1 Abrams”dır.



Brent Eastvood yazıb ki, Birinci Körfəz Müharibəsi başlayanda M1A1 Abrams T-55 T-62 və T-72 kimi sovet istehsalı olan İraq ordusunun müxtəlif tankları ilə döyüşməyə hazır idi: “Amerikalılar qısa bir zamanda yalnız 18 “Abrams” tankı itirib. Onlardan doqquzu zədələndiyi üçün döyüş sahəsindən çıxarılıb”.

Eastvood qeyd edir ki, 1970-ci illərdə hazırlanmış tank hələ də təkmilləşdirilir: “Xüsusilə, M1A2-nin M1A1-dən modifikasiyası təkmilləşdirilmiş döyüş modulu, termal görüntü cihazı, informasiya sistemi və naviqasiya sistemi ilə seçilir. M1A2 SEPv3 variantında tank daha da ölümcül olur və yaxşı qorunur”.