Bu odur?!! - Saakaşvilidən heç nə qalmayıb...
26 Yanvar 2023
Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin çəkisi 120 kiloqramdan 68 kiloqrama düşüb.
“Interpressnews” portalı istinadən xəbər verir ki, bu barədə məlumatı gürcü siyasətçinin anası Giuli Alasaniya açıqlayıb.
Onun sözlərinə görə, oğlunun çəkisi bu gün ölçülüb. O bildirib ki, Saakaşvilinin çəkisinin 68-ə düşməsi onda kaxeksiya prosesinin (orqanizmin həddindən artıq zəifləməsi, fizioloji və psixoloji vəziyyətin patoloji hala düşməsi) başlamasından xəbər verir.
Xatırladaq ki, Tbilisidə “Vivamed” klinikasında müalicə alan Saakaşvilidə koronavirus aşkarlanıb. Onun vəziyyətinin stabil olduğu bildirilir.