Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bu il Moskvada parada daha az hərbçi və texnika qatılacaq

Bu il 9 May - Qələbə günü münasibəti ilə Moskvanın Qızıl meydanında keçiriləcək hərbi paradda daha az hərbçi və hərbi texnikalar iştirak edəcək.

Bu barədə BBC Rusiya Müdafiə Nazirliyinin (MN) paradla bağlı cümə günü paylaşdığı rəqəmlərə istinadən məlumat yayıb.

Bildirilib ki, builki paradda həm hərbçilərin, həm də nümayiş olunan texnikaların sayı ötən illə müqayisədə daha az olacaq. Belə ki, bu il paradda ümumilikdə 129 hərbi texnika və 10 min hərbçi iştirak edəcək.

Ötən il isə paradda 191 hərbi texnika, 12 min hərbçi iştirak edib. Bu il paradda 77 aviasiya vasitəsinin iştirakı nəzərdə tutulub ki, bu da ötən illə müqayisədə 1 ədəd çoxdur.

Məlumatda qeyd olunub ki, bu il keçiriləcək paradı izləmək üçün heç bir xarici ölkə lideri Moskvaya getməyəcək.