Logo
news content
User
Kateqoriyalar

Xəbər

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra istismara verilib

Bu gün Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra istismara verilməsi mərasimi keçirilib.

Mərasimdə Azərbaycan, Gürcüstan və Türkiyənin yüksəkvəzifəli rəsmilərinin, həmçinin dəmir yolu və liman administrasiyalarının rəhbərləri iştirak ediblər.

Xəttin istismara verilməsi ilə bağlı mərasim çərçivəsində simvolik düymənin basılması ilə qeyd olunub. Rəsmi şəxslər birlikdə simvolik düyməni basaraq dəmir yolunun yeni mərhələdə istifadəyə verildiyini elan ediblər.

Bununla da, Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti modernləşdirilmədən sonra tam istismara verilib.