Ermənistanda hərbçinin meyiti aşkarlanıb
02 İyun 2026
Ermənistanda hərbi qulluqçunun meyiti aşkarlanıb.
“Armenpress”in Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, iyunun 2-də gecə saatlarında N saylı hərbi hissənin hərbi qulluqçusu Aramais Merujanoviç Gevorgyanın meyiti aşkar edilib.
Hadisə ilə bağlı istintaq aparılır.