Logo
news content
User
Kateqoriyalar

Xəbər

Britaniya kəşfiyyatı: Rusiya Severodonetskə "Terminator"lar yığır

Rusiya Luqansk bölgəsindəki Severodonetsk yaşayış məntəqəsinə hücum etmək üşün əraziyə "Terminator" tank dəstəyi döyüş maşınlarını yığmaqdadır. Bu barədə Böyük Britaniya hərbi kəşfiyyatının Ukraynadakı döyüşlərlə bağlı hesabatında məlumat verilir.

Məlumatda vurğulanır ki, bu nəsil tanklar yalnız Mərkəzi Hərbi Dairənin qoşunları qrupun xidmətdədir. Rusiya KİV-i ötən il sözü gedən Dairənin qoşunlarında Terminator bölməsinin formalaşması barədə məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Rusiyanın Ukraynaya müdaxiləsində iştirak edən Mərkəzi Hərbi Dairənin bölmələri əvvəllər Kiyevə hücumda iştirak ediblər və xeyli itki veriblər. Onların döyüş maşınları "O" işarəsi ilə qeyd olunur ki, bu da xüsusi əməliyyat adlanan kontekstdə "Z" və "V"-dən bir qədər az məlumdur.

Rusiya "Terminator"u Əfqanıstan və Çeçenistan müharibələri zamanı istifadə edilən əsas döyüş tankları üçün xüsusi mühafizəyə ehtiyac yarandıqda hazırlayıb. Maşının vəzifəsi tank əleyhinə silahları və möhkəmləndirilmiş hədəfləri vurmaq üçündür. Bu hərbi maşınların döyüş bölgəsindəki ilk görüntüləri dəfə mayın 15-də sosial şəbəkələrdə yayılıb.

Britaniya kəşfiyyatının məlumatına görə, Severodonetsk vilayətinə nəzarəti ələ keçirmək Rusiya ordusunun əsas taktiki prioritetlərindən biri olaraq qalır. Bununla belə, Britaniya Müdafiə Nazirliyi hesab edir ki, Rusiya maksimum sayda “Terminator” yerləşdirsə belə, onların hücuma əhəmiyyətli təsir göstərməsi ehtimalı azdır.

Luqansk vilayəti administrasiyasının rəhbəri Sergey Qayday bildirir ki, Rusiya ordusu Severodonetskə birdən-birə 4 istiqamətdən hücuma cəhd edib, lakin heç birində istəyinə nail olmayıb. Qaydayın sözlərinə görə, Rusiya qüvvələri Luqansk vilayətinin Ukraynanın nəzarətində qalan son iki şəhəri olan Severodonetsk və qonşu Lisiçanskı şəhərlərini mühasirəyə almağa çalışır.

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü fevralın 24-də başlayıb. Qonşu ölkəyə qarşı başladığı genişmiqyaslı müharibəni Rusiya hakimiyyəti “xüsusi əməliyyat” adlandırır. 3 aya yaxın davam edən döyüşlərdə Rusiya qoşunları Ukraynanın cənub vilayətlərinin bir hissəsini nəzarətə götürərək ölkənin Azov dənizi ilə əlaqəsini kəsib.

Rusiya ordusu Kiyevdən geri çəkilməyə məcbur olsa da hazırda müharibə Ukraynanın şərqindəki Luqansk və Donetsk vilayətlərində gedir.