Britaniya kəşfiyyatı: Rus hərbçiləri nə edəcəklərini bilmirlər
02 İyun 2023
“Rusiya Silahlı Qüvvələrinin komandirləri dilemma qarşısında qalıblar. Onlar ya Rusiyanın sərhəd bölgələrini müdafiə etməli, ya da Ukraynadakı mövqelərini gücləndirməlidirlər”.
Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.
Bildirilib ki, dünən, iyunun 1-də partizan dəstələri ikinci dəfə Rusiyanın Belqorod vilayətinə hücum ediblər:
“Bu, son 10 gün ərzində ikinci belə hücumdur”.
Məlumatda qeyd olunub ki, Rusiyadakı dinc sakinlər artıq Belqoroddan təxliyə olunub.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.