Logo
news content
User
Kateqoriyalar

Xəbər

BQXK Laçın yolunda qaçqamal daşınmasına aydınlıq gətirməyə çalışıb

Laçın koridoru ilə bəyan edilməmiş məhsulların keçirilməsi ilə bağlı məlumatlara dair açıqlama Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Laçın koridoru ilə bəyan edilməmiş məhsulların keçirilməsi ilə bağlı məlumatlardan xəbərdardır və belə fəaliyyətləri dəstəkləmir. Bu barədə BQXK-nin Bakı Nümayəndəliyinin Azərbaycan Dövlət Sərhəd Xidmətinin Ermənistandan Qarabağın ermənilər məskunlaşan hissəsinə BQXK-nin nəqliyyat vasitələri ilə qaçaqmalçılıq yolu ilə məhsul daşınması haqqında bəyanatı ilə əlaqədar məlumatında deyilir.

"BQXK-ya məxsus olan heç bir nəqliyyat vasitəsində belə məhsullara rast gəlinməmişdir. Bütün humanitar yüklər Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən yoxlanılır.

Lakin, təəssüflər olsun ki, icarəyə götürülmüş və üzərinə müvəqqəti olaraq BQXK emblemi vurulmuş dörd nəqliyyat vasitəsinin sürücüsü bizə məlumat vermədən öz maşınlarında kommersiya məqsədli yükləri keçirməyə cəhd ediblər. Bu şəxslər BQXK əməkdaşları olmayıblar və onlarla olan xidməti müqavilələrə dərhal xitam verilib", deyə press-relizdə qeyd edilir.

"Bizim Laçın koridoru boyu gördüyümüz işlər yalnız humanitar xarakter daşıyır. 600-dən artıq pasientin tibbi təxliyyəsinə və səhiyyə ocaqları üçün lazımi ləvazimatların, o cümlədən ərzaq və uşaq qidalarının çatdırılmasına imkan yaratmış bu fəaliyyətlərin davam etdirilməsinə icazə verilməlidir. Humanitar fəaliyyətlər hər zaman tərəflərin razılığı ilə həyata keçirilir və minlərlə insanın həyatına müsbət təsir göstərir", deyə BQXK-nin Bakı Nümayəndəliyinin məlumatında bildirilir.