Borrell: "Belə bir Gürcüstan Aİ-yə uyğun gəlmir"
08 Mart 2023
"Xarici agentlər" barədə qanunun gürcü variantının qəbulu Gürcüstan və onun xalqı üçün pis hadisədir və Tbilisinin Avropa İttifaqına daxil olmaq istəklərinə ziddir.
Pressklub.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin bəyanatında deyilir.
"Gürcüstan parlamenti çərşənbə axşamı birinci oxunuşda xarici təsirin şəffaflığı haqqında yeni qanunu qəbul edib. Bu, Gürcüstan və onun xalqı üçün çox pis inkişafdır. Qanun Aİ-nin dəyərlərinə və standartlarına uyğun gəlmir. Bu, Gürcüstanın bəyan etdiyi Avropa İttifaqına daxil olmaq məqsədi ilə ziddiyyət təşkil edir”, - o, bəyan edib.
Borrell həmçinin "Gürcüstan vətəndaşlarının dinc etiraz etmək hüququna hörmət etməyə" çağırıb.