Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bolqarıstan polisi respublika prezidentliyinə namizədi həbs edib

Bolqarıstan prezidentliyinə namizəd Boyan Rasate şənbə günü LGBT icmasının ofisinə hücumda şübhəli bilinərək polis tərəfindən həbs edilib.

APA “NovaTV”yə istinadən xəbər verir ki, həbsdən əvvəl Mərkəzi Seçki Komissiyası Rasatenin toxunulmazlığının ləğv edilməsi ilə bağlı prokurorluğun vəsatətinə razılıq verib.

Qeyd edək ki, şənbə günü Rasate də daxil olmaqla, təxminən 12 nəfər şəxs Bolqarıstanın paytaxtında LGBT icmasının ofisinə hücum edib. Qurumun əməkdaşlarından biri yüngül bədən xəsarətləri alıb, ofisdəki mebel və avadanlıqlar sıradan çıxıb.

İcma üzvlərinin şikayəti əsasında məhkəmə onların həbs olunması barədə qərar verib.