BMT: Ukraynada 9 min mülki şəxs həlak olub
20 İyun 2023
Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynada genişmiqyaslı işğala başlamasından bəri 9 min 83 ukraynalı mülki şəxs həlak olub. 15 min 779 dinc sakin isə xəsarət alıb.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının iyun hesabatında bəhs edilir.
18 iyun 2023-cü il tarixinə olan məlumata görə, əhali arasında qurbanların ən çoxu Donetsk və Luqansk vilayətlərində qeydə alınıb.
Açıqlamaya görə, bu vilayətlərin Ukraynanın nəzarətində olan ərazisində 4 min 105 nəfər həlak olub, 5 min 861 nəfər yaralanıb. Həmin vilayətlərin Rusiya qoşunlarının işğal etdiyi hissəsində isə 718 dinc sakinin həlak olduğu, 2 min 521 nəfərin də yaralandığı bildirilir.
BMT izah edir ki, qurbanların real sayı daha çox ola bilər.
Bundan əlavə, hesabata Rusiya regionlarının xəsarət alan və öldürülən sakinləri daxil edilməyib.
Ukraynadakı müharibədə mülki şəxslərlə yanaşı, müxtəlif hesablamalara görə, bir neçə yüz min hərbçi yaralanıb və ya həlak olub. Münaqişə tərəfləri itkilərini, əsasən, açıqlamır, yalnız bir-birlərinin "fəlakətli" itkilərindən bəhs edirlər.