Blinken Rusiyanı "taxıl şantajını" dayandırmağa çağırdı: "Bütün ölkələr Moskvaya "bəsdir" deməlidir"
04 Avqust 2023
ABŞ-ın dövlət katibi Entoni Blinken çərşənbə axşamı bütün ölkələri Rusiyanı Qara dəniz və Ukrayna taxılını “şantaj kimi” istifadə etməyi dayandırmağa çağırıb, deyə TURANın Vaşinqton müxbiri xəbər verir.
“...BMT-nin hər bir üzvü Moskvaya deməlidir: bəsdir”, - deyə Blinken BMT Təhlükəsizlik Şurasının münaqişələr nəticəsində yaranan ərzaq təhlükəsizliyi məsələsinə dair iclasında çıxışı zamanı bildirib.
“Qara dənizdən şantaj kimi istifadə etdiyiniz yetər. Dünyanın ən zəif insanlarına təsir rıçaqı kimi yanaşmağı dayandırın. Yetər bu haqsız, vicdansız müharibə”, - deyə o əlavə edib.
Blinken Moskvanı sülh çağırışlarına məhəl qoymamaqda və taxıl müqaviləsini rədd etməkdə, Ukrayna limanlarını və taxıl anbarlarını, mədən limanlarını bombalamaqda və Qara dənizdəki istənilən gəmiyə hücumla hədələməkdə ittiham edib.