Bill Qeyts “vaksin çipi”ndən danışdı: “Bilmirəm, o məlumatlar nəyimə lazım olacaqdı...”
25 Aprel 2022
“Microsoft”un banisi Bill Qeyts COVID-19 əleyhinə vaksinlər vasitəsilə insanların “çip”ləşdirilməsindən danışıb.
Bu barədə populyar TED şousunda danışan Qeytsin fikirlərini “Newsweek” nəşri yayımlayıb.
Qeyts şou zamanı vaksin olunmuş insanları “çip” vasitəsilə izləməkdən “imtina” haqqında zarafat da edib:
“O məlumatlar mənim nəyimə lazımdır, onlarla nə edəcəm ki…”
“Microsoft” sahibi COVID-19 əleyhinə vaksin hazırlayanlara yönəlik tənqidlərə dair sualı da cavablandırıb.
O deyib ki, “Microsoft” koronavirus pandemiyasının yayılmasında rolu olduğunu və vaksinlərlə “insanları öldürmək istədiyini” təsdiqləsəydi, bu çox qəribə görünərdi. (Yenicag.az)