Bəxtiyar Hacıyevlə bağlı qərar dəyişmədi
27 Yanvar 2023
Bu gün Bakı Apellyasiya Məhkəməsi fəal Bəxtiyar Hacıyevin həbs müddətinin fevralın 28-dək uzadılması ilə bağlı şikayəti təmin etməyib. Bu barədə vəkil Rövşanə Rəhimli bildirib.
Onun sözlərinə görə, fəal 19 sutkadır aclığı davam etdirir və vəziyyəti ağırdır. Hacıyevin başgicəllənməsi artıb, təzyiqi aşağı düşüb, daxili orqanlarında kəskin ağrılar olur.
Dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib. Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Hacıyev yenidən aclığa başlayıb.
Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.