Bəxtiyar Hacıyev tez-tez huşunu itirir, nəfəs darlığı var - vəkil
26 Yanvar 2023
İnsan haqları fəalı, Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında 18 gündür aclığı davam etdirir. O, həbsinə etiraz edir və bütün siyasi məhbuslara azadlıq tələb edir.
Yanvarın 26-da vəkil Zibeydə Sadıqova təcridxanada Bəxtiyar Hacıyevlə görüşüb.
Görüşdən sonra vəkil Turan-a bildirib ki, Hacıyev aclığı davam etdirir və sonadək davam etdirmək əzmindədir.
"Onun səhhəti ağır olaraq qalır. Təsəvvür edirsiniz, son gündə çəkisi 1,2 kiloqram azalıb. Dünən çəkisi 73,2 kiloqram idi. Ümumilikdə isə Hacıyev 12,5 kiloqram çəki itirib, hazırda 72 kiloqramdır. Bakı İstintaq Təcridxanasına daxil olanda çəkisi 84,5 kiloqram olub. Tez-tez huşunu itirir, nəfəs darlığı yaranır. Ayaq üstə dura bilmir. Güclü deyil. Məsələn, televizorun pultunu, stəkanı əlində saxlaya bilmir. Qan təzyiqi çox aşağı olur, 90/60, nəbzi 76-dır, bədən temperaturu da 35.9 selsiyə düşüb. Rəngi tam ağarıb. Mental olaraq güclü olmasına baxmayaraq, aclıq artıq öz gücünü göstərir", deyə vəkil qeyd edib.
Sadıqovanın sözlərinə görə, Hacıyev ötən gecələrdə bir neçə dəfə huşunu itirib, nəfəs darlığı yaşayıb.
"Bu zaman həkim və ya feldşer çağırıblar. O da gəlib sadəcə təzyiqini ölçüb. Davamlı həkim nəzarəti yoxdur. Bəxtiyar narahatdır ki, huşunu tez-tez itirir, nəfəs darlığı yaranır, əzələləri tez-tez keyləşir. Bu zaman beyinində və ürəyində problemlər yaşana bilər. O, müraciət edib ki, Maqnit Rezonans Tomoqrafiyası və Kompüter Tomoqrafiyasından keçirilsin. Amma hələ də cavab almayıb. Həmçinin onun mədəsində qanaxma olmuşdu. Yanvarın 18-də analizlər verib və bu günədək analizlərin nəticələri ona təqdim edilməyib".
Vəkil deyib ki, sabah, Bakı Apellyasiya Məhkəməsində Bəxtiyar Hacıyevin həbs müddətinin uzadılması barədə Xətai Rayon Məhkəməsinin qərarından şikayətinə baxılacaq.
"Bəxtiyar Hacıyevin özü də məhkəməyə gətiriləcək. Ümid edirik ki, bu dəfə məhkəmə ədaləti bərpa edəcək. Bu ümid biz vəkillərdə həmişə var. Ümidlər heç zaman ölmür", deyə Sadıqova qeyd edib.
Bu gün sosial şəbəkələrdə Bəxtiyar Hacıyevin müraciəti də yayılıb. Müraciətdə deyilir ki, son günlər cəmiyyətin bütün təbəqələrindən olan insanların, təşkilat və qrupların, siyasi partiyaların, KİV-lərin daim artan dəstəyini hiss edir.
"Haqsızlıq və ədalətsizliklə həyat və sağlamlığımla mübarizə apardığım kritik günlərdə bu, mənə böyük mənəvi dəstək verir. Anlayıram ki, boş yerə yaşamamışam, Azərbaycanda ədalətli, hüququn aliliyi təmin edilən sistemin qurulması istiqamətində mübarizəmiz boş yerə getməyib. Əminəm ki, səylərimizi birləşdirərək, səsimizi getdikcə ucaldaraq, səssizliyimizi tələblərimizlə əvəz edərək bir gün hamıya lazım olacaq ədalətli cəmiyyəti quracağıq. El bir olsa, dağ oynadar yerindən. Bir daha dəstəyinizə görə təşəkkürlər", deyə Hacıyev qeyd edib.
Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Turan-a bildiriblər ki, Bəxtiyar Hacıyev təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir.
* Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə saxlanılıb. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib. Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrı ilə dekabrın 28-də aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu azad etməkdən imtina etdikdən sonra o, aclığı bərpa edib və bu günə qədər aksiyanı davam etdirir.
Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini 1 ay uzadıb.