Belçikanın Baş naziri velosipeddən yıxılaraq xəsarət alıb
04 İyun 2023
Belçikanın Baş naziri Aleksandr De Kro evinin yaxınlığında velosipeddən yıxılaraq xəsarət alıb və huşunu itirib.
Məlumata görə, hadisə Brüsseldən təxminən 60 kilometr uzaq yerləşən kənddə baş verib. Başından xəsarət alan Aleksandr De Kro xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.
Qeyd edilir ki, De Kro bir neçə saat sonra xəstəxanadan buraxılıb.
Baş nazirin bazar günü istirahət edəcəyi və qəzanın onun gələn həftəki iş qrafikinə təsir etməyəcəyi bildirilir.