Logo
news content
User
Kateqoriyalar

Xəbər

BƏƏ-nin OPEC-dən çıxışı Səudiyyə Ərəbistanı ilə gərginliyi artırır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC-dən çıxması Ərəbistan yarımadasında gərginliyi artıra və Səudiyyə Ərəbistanı ilə münaqişəyə səbəb ola bilər.

Bu barədə "Junge Welt" qəzeti yazıb.

Məqalədə qeyd olunur ki, ölkələr arasında fikir ayrılığının əsas mənbəyi neft hasilatı kvotalarıdır.

"Əbu-Dabi gələcəkdə daha çox neft satmaq istəyir və əsasən Ər-Riyad tərəfindən müəyyən olunan OPEC kvotaları ilə özünü çox məhdudlaşdırılmış hiss edir", - nəşr bildirib.

Həmçinin vurğulanır ki, neft hasilatı ilə bağlı mübahisələrə əlavə olaraq, BƏƏ ilə Səudiyyə Ərəbistanı arasında siyasi fikir ayrılıqları da artır.