Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bədbin proqnoz: Lirə tamamilə çökə bilər

ABŞ-ın investisiya bankı "Goldman Sachs" Türkiyənin növbəti dəfə seçilən prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni kabineti elan etməsindən sonra türk lirəsi ilə bağlı yeni proqnozlarını açıqlayıb.

Bank 12 ay ərzində lirənin dollar qarşısında daha da ucuzlaşacağını bildirib.

Ekspertlərin fikrincə, Ərdoğan maliyyə və xəzinə naziri Mehmet Şimşəki kabinetinə təyin edərkən, yeni seçilən hökumətin daha ortodoks iqtisadi siyasətlərə qayıdacağına işarə edib.

"Goldman Sachs" dollar/lirənin 3, 6 və 12 aydan sonra müvafiq olaraq 23, 25 və 28 səviyyələrinə çata biləcəyini proqnozlaşdırıb. Məlumat üçün bildirək ki, əvvəlki hesablamalar 19, 21 və 22 idi.

Xatırladaq ki, hazırda 1 lirə 20.96 ABŞ dolları dəyərindədir.