Bayramov və Mirzoyan gələn həftə görüşə bilərlər - Anons verildi
22 İyun 2023
Ermənistan və Azərbaycan Xarici İşlər nazirlikləri rəhbərlərinin Vaşinqtonda danışıqları gələn həftə keçiriləcək, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münasibətlərində Yerevanın mövqeyi əvvəlki kimi qalır – sülhə nail olmaq və sülh müqaviləsini imzalamaq üçün hər cür səy göstərilməlidir.
"Gələn həftə Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bizim nümayəndə heyətimiz ABŞ-a məhz bu yanaşma ilə yola düşür",- "Sputnik-Armeniya" Paşinyandan sitat gətirib.
Bundan öncə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında müzakirələrin növbəti raundu iyunun 12-də Vaşinqtonda planlaşdırılmışdı, lakin sonradan qeyri-müəyyən müddətə təxirə salındı. Vaşinqtonda nazirlərin əvvəlki danışıqları mayın 1-4-də baş tutub.
Ötən gün Dövlət Departamentinin rəsmi nümayəndəsinin birinci müavini Vedant Patel Turan-ın sualını cavablandırarkən bildirib ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri rəhbərlərinin növbəti görüşü "yaxın vaxtlarda" planlaşdırılır.
Azərbaycan tərəfi nazirlərin qarşıdakı görüşü ilə bağlı Paşinyan və Patelin bəyanatlarını hələlik şərh etməyib.