Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden Ukraynaya yeni hərbi yardım paketini nə vaxt açıqlayacaq?

ABŞ Prezidenti Cozef Bayden G7 sammitində ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdən sonra Ukraynaya 375 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlamağa hazırlaşır.

Bu barədə Pressklub.az “Politico”ya istinadən xəbər verir.

Nəşrin mənbələri yardım paketinə artilleriya qurğuları, zirehli texnika və tank əleyhinə silahların daxil olacağını bildirib.

“Bu, ABŞ və müttəfiqlərinin keçmişdə tədarük etdiyi, lakin yaz və yayda gözlənilən döyüşlər öncəsi çox ehtiyac duyulan avadanlıqdır”, - nəşr yazıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski G7-nin Yaponiyadakı sammitinə gedəcək. Zelenski orada ABŞ Prezidenti Cozef Baydenlə görüşmək niyyətindədir.