Baxmutdakı son durum: “Rusiyanın əlinə keçməyib”
21 May 2023
“Ukrayna hərbçiləri mövqelərini qorumağa və işğalçıları hücumlarını dəf etməyə davam edirlər”.
Pressklub.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin (USQ) “Vostok” qruplaşmasının sözçüsü Sergiy Çerevatı “Suspilne” telekanalına açıqlayıb.
“Vəziyyət ağırdır. Hərbçilərimiz şəhərin cənub-qərb hissəsində istehkam və bir neçə tikili saxlayırlar. Ağır döyüşlər gedir”, - o deyib.
Eyni zamanda, Çerevatı əlavə edib ki, işğalçılar Baxmuta simvolik önəm verirlər, lakin şəhərin ələ keçirilməsi ilə bağlı bəyanatlar verməyə tələsiblər. Onun sözlərinə görə, USQ cinahlarda düşmənə təzyiq göstərməkdə davam edir:
“Rusiya bu Baxmuta elə diqqət çəkir ki, elə bil Dnepri alıblar. Əslində, axıra qədər almayıblar. Şəhər dağıdılıb, bu onlara heç bir hərbi, hətta siyasi yarar da gətirmir”.
Ukrayna Prezidenti Volodimir Zelenski isə amerikalı həmkarı Cozef Baydenlə görüşdən öncə qızğın döyüşlərin getdiyi Baxmut şəhəri ilə bağlı birmənalı qarşılanmayan açıqlamasına aydınlıq gətirib. Bu barədə dövlət başçısı Yaponiyanın Hirosima şəhərində keçirilən “Yeddilik Qrupu”nun (“G7”) yekunlarına dair mətbuat konfransında danışıb.
“Ukrayna hərbçiləri Baxmutdadırlar, onların üzərinə vacib vəzifə düşür. Bu o deməkdir ki, bu gün Baxmut Rusiya tərəfindən ələ keçirilməyib. Bunun iki və ya üç interpretasiyası ola bilməz”, - Ukrayna lideri vurğulayıb.