Baxmut təslim olacaqmı? - Bölgədən zidiyyətli xəbərlər gəlir
08 Mart 2023
Son bir neçə ayda Rusiya-Ukrayna müharibəsinin ən gərgin nöqtəsinə çevrilmiş Baxmut şəhəri ilə bağlı zidiyyətli informasiyalar gəlir. Artıq xeyli müddətdir şəhərin mühasirəyə alınacağı və təskim olacağı ilə bağlı iddialar səslənsə də, Baxmur təslim olmur.
Şəhərin təslim ola biləcəyi ilə bağlı sonuncu bəyanat NATO Baş katibi Yens Stoltenberqdən gəlib. Pressklub.az xəbər verir ki, o, Baxmut şəhərinin tezliklə Rusiyanın əlinə keçə biləcəyini deyib.
Stoltenberq son həftələr Baxmut və ətrafında sıx qarşıdurmaların yaşandığını, Rusiyanın bura daha çox əsgər yerləşdirdiyini vurğulayıb:
"Baxmutun yaxın günlərdə təslim ola biləcəyini də gözardı edə bilmərik. Bu vəziyyətin müharibədə dönüş nöqtəsi olmayacağını vurğulamaq lazımdır. Ukraynanı dəstəkləməyə davam etməliyik”, - deyə Stoltenberq qeyd edib.
CNN isə "Vaqner” muzdlu hərbi təşkilatının Baxmutda ciddi şəxsi heyət itirdiyini məlumat verib.
Bildirilib ki, “Vaqner” ərazidə həmçinin texniki dəstəyini də itirib: “Vaqner”çilər arasında ölənlər Rusiya Silahlı Qüvvələrinə nisbətən dəfələrlə çoxdur. Bunun əsas səbəbi isə “Vaqner”çilərin ərazidə üstünlük təşkil etməsidir. Rəsmilər Baxmutun nə Rusiya, nə də Ukrayna üçün əhəmiyyətli olduğunu deyir. Lakin Ukrayna Prezidenti Volodimir Zelenskinin dekabrda Baxmuta səfəri bu məsələni siyasiləşdirdi”.
Qeyd edək ki, rəsmi Kiyevin məlumatına görə, Baxmutda gərgin döyüşlər gedir.