Logo
news content
User
Kateqoriyalar

Xəbər

Baş nazirlərinin müavinləri Moskvada, xarici işlər nazirləri Vaşinqtonda görüşəcəklər

İyunun 2-də Moskvada regional kommunikasiyaların açılması üzrə Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət işçi qrupunun görüşü planlaşdırılır. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Moldovadakı erməni diasporunun nümayəndələri ilə görüşündə bildirib.

O, həmçinin bildirib ki, iyunun 12-də Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Azərbaycan, Fransa, Almaniya və Avropa İttifaqı liderlərinin iştirakı ilə Kişinyovda keçirilən beştərəfli görüşün nəticələrinə toxunan Paşinyan açıq şəkildə bildirib ki, tərəflər kommunikasiyaların blokunun açılması ilə bağlı razılığa gəlməyə yaxındırlar. Eyni zamanda o, müqavilələrin pozula biləcəyinə, lakin onun təqsiri ilə deyil, eyham vurub.