Logo
news content
User
Kateqoriyalar

Xəbər

Balasanyan: “Paşinyanın dedikləri təhlükəli nəticələrə səbəb ola bilər”

“KTMT-nin Ermənistanı tərk etməsi, eskalasiya təhlükəsi, Azərbaycanın müharibəyə hazırlaşması barədə Paşinyanın dedikləri təhlükəli nəticələrə səbəb ola bilər”.


Pressklub.az Ermənistan mediasəna istinadla xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə ekspert Qriqor Balasanyan deyib.


Balasanyan bildirib ki, indi müttəfiqi dəyişdirmək üçün uyğun vaxt deyil: “Problemləri bir kənara qoymaq və Rusiya Federasiyası ilə münasibətlərdə “qızıl orta” tapmaq lazımdır”.


"Aİ bizim üçün sadəcə tərəfdaşdır, başqa heç nə. Moskvanın düşmənləri ilə Ermənistana hərbi-siyasi yardım göstərilməsi barədə danışıqlar aparmağa çalışmaq, xüsusən indiki Rusiya-Qərb qarşıdurmasında, ilk növbədə, müttəfiqlərimizlə münasibətlərimizə xələl gətirəcək. Azərbaycan və Türkiyə də bundan faydalanacaq. Bunu anlamaq və bu məntiqlə yola davam etmək lazımdır" – Balasanyan bildirib.