Bakılı iş adamı məşhur müğənni ilə toyuna 3,5 milyon dollar xərcləyib… - FOTOLAR
26 Aprel 2023
Rusiyalı müğənni, Rusiyanın əməkdar artisti, Tatarstan Respublikasının və Başqırdıstan Respublikasının xalq artisti, teleaparıcı və aktrisa Alsu Safina (Abramova) uzun illərdir ki, səhnədədir.
Bu barədə “teleprogramma.pro” nəşri yazıb. Müğənni öz yubileyi ərəfəsində nəşrə müsahibə verib.
O, ilk dəfə yeniyetmə yaşlarında çıxış edib və “Avroviziya” müsabiqəsində iştirak edərək ikinci yeri tutub.
Hazırda müğənni artıq biznesmen Yan Abramovun həyat yoldaşı və üç uşaq anasıdır. Safina və Mikella adlı iki qızı və Rafael adlı oğlu var.
Həyat yoldaşı Yan Abramov tanınmış sahibkardır. O, 1977-ci ildə Bakıda anadan olub. Onun atası Rafael Abramov da tanınmış rusiyalı bankirdır.
Yan Abramov Alsu ilə toy mərasiminə 3,5 milyon dollar xərcləyib. Nikah haqqında şəhadətnaməni onlara o zaman Moskvanın meri olan Yuri Lujkov şəxsən təqdim edib.
Cütlük hər iki mənəvi atalarından xeyir-dua alıb, axı Yan iudaizmə, Alsu müsəlman dininə etiqad edir.
Müğənni bu gün də dəbdə olan geyimləri ilə öyünməkdə və pərəstişkarlarını gənc görkəmi ilə heyrətləndirməkdə davam edir.
Bu dəfə Alsu arxiv fotoları ilə bölüşmək qərarına gəlib. O, gənclik illərində necə göründüyünü göstərib. Müğənni etiaf edib ki, öz yubileyinə hazırlaşır. O, vurğulayıb ki, övladları bu fotoşəkillərdə özünün olduğu yaşlardadır.
“Bu il 40 yaşım tamam olur. Görünür, insan istər-istəməz süuraltı olaraq müəyyən nəticələrə gəlir, hansısa dəyişikliklərə hazırlaşır və təbii ki, nostalji hissi keçirir.
Bu gün ata evimdə bu fotoşəkillərə rast gəlmişəm… Burada mənim 16-17 yaşım var. Necə də gözəl, qayğısız illər idi!..
Yeri gəlmişkən, şou-biznesdə də çox maraqlı dövr olub. Tamamilə gənc artistlər üzə çıxıb, musiqidə öz unikal cərəyanını yaratmağa, gözəl videolar çəkməyə başlayıb… Böyük sevgi və istəklə həyata keçirdiyimiz nə qədər ideyalar vardı…
Necə deyərlər, “the world was enough” və “sky was the limit!” (Zamanımız çox, arzularımız sonsuz idi…-red.). O zaman, yəqin ki, mənim karyeramın zirvəsi olub. Stadionlar, şəhərlər, ölkələr, sonsuz sayda çəkilişlər…
Mən taleyimə, valideynlərimə, komandama və əlbəttə ki, öz pərəstişkarlarıma bu gözəl dövrana görə minnətdaram!
İndi həyatımın tamamilə başqa, şüurlu, yetkin mərhələsidir. Bu da çox maraqlıdır. Mən çox düşünürəm, oxuyuram, öz üzərimdə işləyirəm.
Getdikcə zamanımı boş şeylərə, mənim qəlbimi fəth etməyən insanlarla mənasız söhbətlərə sərf etmək istəmirəm.
Neqativdən tez yoruluram, ətrafımı yalnız sevdiyim insanlarla əhatə etməyə çalışıram.
Həyat sanki bir andır və bir göz qırpımında ötüb keçir…Hamınıza xeyir, bolluca sevinc və xoşbəxtlik arzulayıram”, – ulduz müğənni deyib.