Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda silahlı basqında iştirak edən daha bir şəxs məhv edildi

Martın 4-də Bakının Xətai rayonu ərazisində inkassatorlara qarşı törədilən silahlı basqında iştirak etməkdə şübhəli bilinən şəxslərdən biri zərərsizləşdirilib.

Pressklub.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyindən mətbuata verilən açıqlamada qeyd olunur ki, əməliyyat axtarış tədbirləri nəticəsində bəlli olub ki, 2001-ci il təvəllüdlü Ruhlan İsmayılov Səbail rayonundakı “Fəvvarələr bağı”nın yaxınlığında yaşayış binasında gizlənir.

Polis qüvvələrinin şübhəli şəxsi ələ keçirmək üçün keçirdiyi əməliyyat zamanı o, avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib. Əməliyyat nəticəsində Ruhlan İsmayılov zərərsizləşdirilib.

DİN-dən bildirilib ki,cinayəti törətməkdə şübhəli bilinən digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcək.