Bakıda qəbiristanlıqda məzar daşları dağıdıldı, Prokurorluq araşdırmaya başladı - VİDEO
19 Aprel 2023
Bakı şəhər Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən qəbirstanlıqların birində qəbir daşları dağıdılıb.
DİN-in Mətbuat xidmətindən Pressklub.az-a bildirilib ki, naməlum şəxslər tərfindən bir neçə qəbir daşının dağıdılması ilə bağlı araşdırmalara başlanılıb:
“Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) cinayət işi açılıb. Əməli törədən şəxsin, yaxud şəxslərin müəyyən edilib istintaqa cəlb edilməsi istiqamətində tədbirlər görülür.
Tədbirlərinin nəticəsi ilə bağlı məlumat veriləcəkdir”.
Qeyd edək ki, sosial şəbəkələrdə Zabrat qəsəbəsində xristian qəbiristanlığında dağıntıların törədilməsini əks etdirən görüntülər yayılıb. Belə ki, Pasxa bayramı ilə əlaqədar qəbiristanlığa ziyarətə gələn şəxslər bəzi məzarların üzərindəki daşların sındırılmasının şahidi olublar.
Baş Prokurorluq da hadisə ilə bağlı məlumat yayıb. Qurumun Mətbuat xidmətindən bildirilib ki, bəzi sosial şəbəkə səhifələrində Bakı şəhərində yerləşən qəbiristanlıqlardan birində qəbirlərin dağıdılmasına dair videogörüntülər paylaşılıb:
“Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində naməlum şəxs və ya şəxslərin Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqda məzarların üzərindəki predmetlərin zədələnməsi, xatirə daşları və lövhələrin dağıdılması kimi rüsvayedici əməllərlə qəbirlər üzərində təhqiredici hərəkətlərin etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon polis idarəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə ictimai təhlükəli əməli törətməkdə təqsirləndirilən şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində intensiv tədbirlər davam etdirilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.