Bakı və İrəvan transsərhəd çaylardan istifadə sxemini hazırlayır - ABŞ səfiri
13 Noyabr 2024
"Azərbaycan və Ermənistandan olan bir qrup hidroloq və mühəndis bizim fəal dəstəyimizlə transsərhəd çaylar üçün inteqrasiya olunmuş su idarəçiliyi sxemi üzərində birgə işləyir", bu barədə noyabrın 12-də ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi X sosial şəbəkəsindəki hesabında yazıb.
Qeyd edək ki, nə Bakı, nə də Yerevan bu haqda hər hansı məlumat yaymayıb.