Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakı Sirkinin yaxınlığında atışma olub, yaralananlar var

Bakıda silahlı insident olub, nəticədə 2 nəfər yaralanıb.

Pressklub.az xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti təsdiqləyib.

Bildirilib ki, paytaxtın Nəsimi rayonunda 2 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub.

Xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynovdur. Onlar xəstəxanaya çatdırılıb.

Hadisə yerinə əməliyyat qrupu cəlb edilib.

"Hazırda faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək", - DİN-dən bildirilib.

TƏBİB-dən bildirilib ki, Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədilər: "İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək. Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur".