Bakı Laçın dəhlizini bir istiqamətdə işlətmək istəyir - Paşinyan
24 Avqust 2023
İrəvan Bakıya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə yeni təkliflər paketini təqdim edib. Bu barədə cümə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
Eyni zamanda, Baş nazir bildirib ki, Bakı “müxtəlif vasitələrlə Stepanakertlə dialoqu əngəlləyir, məsuliyyəti Dağlıq Qarabağın üzərinə qoymağa çalışır”.
"Ermənistanın mövqeyi dəyişməz olaraq qalır - Dağlıq Qarabağ sakinlərinin hüquqları və təhlükəsizliyi məsələləri Stepanakertlə Bakı arasında danışıqlarda, beynəlxalq mexanizmlər çərçivəsində həll edilməlidir", - Paşinyan bildirib.
O daha sonra bildirib ki, “Bakının Laçın dəhlizini birtərəfli qaydada açmaq niyyəti barədə etibarlı mənbədən məlumatı var. Söhbət insanların Dağlıq Qarabağdan çıxışına icazə verilməsindən, ölkəyə girişinin qadağan edilməsindən gedir”.
Onun sözlərinə görə, Bakının məqsədi “Dağlıq Qarabağ sakinlərini etnik təmizləmə yolu ilə deportasiya etməkdir”.