Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Azov” briqadası cəbhəyə qayıdıb

Ukraynanın məşhur “Azov” xüsusi təyinatlı briqadası cəbhəyə qayıdıb.

“İnsayder” xəbər verir ki, bu barədə Ukrayna Milli Qvradiyasından bildirilib.

Məlumata görə, xüsusi təyinatlı “Azov” briqadası yenidən Serebryansk meşəsi ərazisində döyüş tapşırıqlarını yerinə yetirməyə başlayıb.

Bildirilib ki, briqada döyüşçüləri cəbhə xəttində mövqeləri qoruyub saxlayır, Rusiyanın canlı qüvvə və texnikasına zərbələr vurur.

Qeyd edək ki, “Azov” briqadası Donetsk vilayətində eyniadlı zavodun müdafiəsi zamanı mühasirəyə düşərək Rusiya tərəfindən əsir götürülmüşdü. Onların azad edilərək Türkiyəyə göndərilməsinə dair Moskva ilə Ankara arasında razılıq əldə edilmişdi. Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfərindən sonra onlar ölkəyə qaytarılıb.