Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanlı şairin İrandakı məzarı dağıdılıb - FOTOLAR

XIII əsr yaşayıb yaratmış Azərbaycan şairi İzzəddin Həsənoğlunun İrandakı məzarı dağıdılıb.

Pressklub.az xəbər verir ki, bu barədə folklorşünas alim, AMEA Folklor İnstitutunda xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri Əli Şamil sosial şəbəkə hesabında məlumat verib.

"Bu səhər isə acı bir xəbər gəldi. Həsənoğlunun qəbirinin dağıdılmış vəziyyətdəki şəkilini göndəriblər. Arzu edərdim ki, ziyalılarımız, rəsmi dairələrimiz bu məsəliyə münasibət bildirərlər", - o qeyd edib.

Qeyd edək ki, İzzəddin Həsənoğlu Azərbaycan ədəbiyyatı tarixində ana dilində ilk qəzəlin müəllifidir.

Həsənoğlunun azərbaycanca "Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər", "Necəsən gəl, ey yüzü ağım bənim" və "Əcəb bilsəm məni şeyda qılan kim" başlıqlı 3, farsca isə "Rəhmsiz xəlq olunubdur o nigarım, nə edim" başlıqlı 1 qəzəli dövrümüzə gəlib çatıb.