Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Azərbaycanla imzalana biləcək sülh müqaviləsi yoxdur" - Paşinyan

"Hazırda Azərbaycanla Kişinyovda imzalana biləcək razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur".

Sputnik Armenia xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Kişinyovda sülhün bağlanmasının mümkünlüyü barədə danışarkən deyib.

Baş nazir parlamentdə bildirib ki, Ermənistan tərəfinin Vaşinqton görüşündən əvvəl verdiyi təkliflərə hələ də Azərbaycandan cavab almayıb.

Xatırladaq ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Parisdə bir qrup jurnalistə açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan iyunun 1-də Kişinyovda keçiriləcək Avropa Siyasi İcması sammiti çərçivəsində sülh sazişi imzalaya bilər.