Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti tam dayandırılıb
29 Yanvar 2023
Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılıb.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Yaranmış şəraitdə Azərbaycan Prezidenti çətin də olsa, bu qərarı qəbul etdi ki, ölkəmizin Tehrandakı səfirliyi təxliyə olunmalıdır. Müəyyən spekulyasiyalar var ki, guya diplomatik fəaliyyət dayanmayıb. Orada 5 nəfər səfirliyin binasını, əmlakını qorumaqla bağlı müəyyən əməkdaşlar qalacaq, amma onlar diplomatik fəaliyyət aparmayacaq”, - X.Xələfov bildirib.
Nazir müavini əlavə edib ki, bu qərar Təbrizdəki Baş Konsulluğa şamil olunmur:
“Əlbəttə, bizim Təbrizdə Baş Konsulluğumuz var. Tehrandakı səfirliyin diplomatik fəaliyyətini tam dayandırması Təbrizdəki Baş Konsulluğumuzun fəaliyyətinə şamil olunmur”.
Xələf Xələfov bildirib ki, eyni zamanda nəzərə alaq ki, bizim bir çox vətəndaşımız İrandadır: “Onların da yardıma ehtiyacı olarsa, Təbrizdəki Baş Konsulluğa müraciət edə bilərlər”.